14:33 - 19.03.2025
19 mart, Fineko/abc.az. Sahibkarlar 2021-2024-cü illər ərzində Azərbaycanın sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırıb.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu illər ərzində 865 daimi iş yeri yaradılıb: “Bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür”.
Onun sözlərinə görə, sənaye zonalarının fəaliyyəti ölkədə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
16 May 2025
16 May 2025
14 May 2025