14:53 - 2.04.2025
2 aprel, Fineko/abc.az. Çin bu yaxınlarda yerli müəssisələrin ABŞ-a yatırımlarını məhdudlaşdırmaq üçün tədbirlər tətbiq edib.
ABC.AZ xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg agentliyi məlumat verib.
Bu hərəkət Pekinə Tramp administrasiyası ilə gələcək ticarət danışıqları üçün əlavə təsir imkanları təmin edə bilər.
Bloomberg-in məlumatına görə, son həftələrdə Çinin aparıcı iqtisadi planlaşdırma təşkilatı olan milli inkişaf və İslahatlar Komissiyasının bir neçə bölməsinə ABŞ-a investisiya qoymaq niyyətində olan şirkətlər üçün qeydiyyat və təsdiq prosesini dayandırmaq tapşırılıb.
16 May 2025
16 May 2025
14 May 2025