“Nikkei” indeksi buna görə kəskin düşüb

11:00 - 3.04.2025


3 aprel, Fineko/abc.az. “Nikkei” indeksi Donald Trampın aprelin 2-də elan etdiyi tariflərdən sonra kəskin düşüb.

ABC.AZ xəbər verir ki, enişin liderləri avtomobil şirkətlərinin səhmləridir. Belə ki, “Nissan” səhmləri 5.99%, Honda səhmləri isə 5.09% ucuzlaşıb.

Yaponiyanın 225 aparıcı şirkətinin fəaliyyətini ölçən “Nikkei” indeksi ticarətin başlanğıcında 4.4% azalaraq 34 138 bəndə düşüb.

Media səhmlərin qiymətinin aşağı düşməsini ABŞ prezidenti Donald Trampın bir çox ölkələr üçün idxal rüsumlarının tətbiqi ilə əlaqələndirir. Yaponiya üçün onlar 24% təşkil edəcək. Tariflər aprelin 9-dan qüvvəyə minəcək.