ABŞ iqtisadiyyatına kapital qoymaq istəyənlər artıb?

14:58 - 8.04.2025


8 aprel, Fineko/abc.az. Donald Trampın prezidentlik müddətinin əvvəlindən bəri ABŞ iqtisadiyyatına kapital yerləşdirmək istəyən özəl və xarici şirkətlərin investisiya öhdəliklərinin ümumi həcmi 1,9 trilyon dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məqalə dərc edib. Sözügedən məqalədə vurğulanıb ki, elan edilmiş ən böyük investisiyalara “Apple” korporasiyasından 500 milyard dollar, “SoftBank” telekommunikasiya holdinqi və yarımkeçirici istehsalçısı “TSMC” şirkətinin hər birindən 100 milyard dollar daxildir.

“Dartmut” kollecinin professoru Teresa Fortanın fikrincə, bu investisiyaların xeyli hissəsi Birləşmiş Ştatların Çin, Hindistan, Avropa İttifaqı və Cənubi Koreya da daxil olmaqla, bir sıra əsas ticarət tərəfdaşları ilə tarif münaqişəsinin kəskinləşməsi fonunda təhlükə altına düşüb. Bəzi analitiklər isə əksinə, hesab edirlər ki, ABŞ-nin proteksionist siyasəti hasilatın ölkə ərazisinə transferini sürətləndirə bilər.