10:49 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Amerikanın ən iri sənaye şirkətlərinin səhmlərinin dəyərinin dinamikasını əks etdirən “Dow Jones” indeksi 6,83% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə “CNN Business” məlumat yayıb.
Qeyd edilib ki, ən böyük ABŞ şirkətlərinin bazar kapitallaşmasına görə fəaliyyətini izləyən “S&P 500” indeksi isə 7,8% bahalaşıb. “Nasdaq”da ticarət edilən bir neçə min şirkəti əhatə edən “Nasdaq Composite” indeksi 10% artıb.
“Apple” səhmləri Bakı vaxtı ilə saat 22:00-a qədər 12,29% dəyər qazanıb. “Nvidia” – 14,86%, “Tesla” – 17,28%. “Microsoft” və “Amazon” isə müvafiq olaraq 8,5% və 9,4% bahalaşıb.
Əksər kriptovalyutalar da böyüyüb. “Bitcoin” bir saat ərzində 4,32%, “Etherium” – 7,10%, “XRP” – 10%, “Solana” – 9,9%, “Cardano” – 9% dəyər qazanıb.
16 May 2025
16 May 2025
14 May 2025