14:56 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda “yaşıl istiqrazlar”ın buraxılması imkanını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə EIB-dən məlumat verilib.
Bankda qeyd ediblər ki, EIB bütün dünyada “yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir.
“Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsinə can atmasını, həmçinin bərpa olunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırmasını nəzərə alaraq, “yaşıl istiqrazlar”ın buraxılması üçün EIB-dən maliyyə vəsaitinin cəlb edilməsi mümkündür. Lakin bunun üçün etibarlı normativ baza və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xətti yaradılmalıdır”, – məlumatda vurğulanıb.
16 May 2025
16 May 2025
14 May 2025