11:41 - 17.04.2025
17 aprel, Fineko/abc.az. Azərbaycanda real sektoru təmsil edən, qida sənayesi holdinqlərinə daxil olan bəzi şirkətlər səhmlərini ilkin kütləvi təklifə (IPO) çıxara bilər.
ABC.AZ xəbər verir ki, bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
“Dediyim şirkətlər kifayət qədər dayanıqlıdır, maliyyə hesabatarını maliyyə standartlara (IFRS) uyğun tərtib edir, korporativ idarəetməyə malikdir. Onlar IPO-ya çıxa bilər. Konkret olaraq hansı şirkətin bunu edəcəyini indidən demək çətindir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda IPO məsələsində əsas gözləntilər maliyyə, qismən isə telekommunikasiya sektorundandır: “Düşünürük ki, bank və sığorta şirkətləri IPO-ya daha hazırlıqlıdır. Telekommunikasiya sektoru da bu prosesə qatılmağa yaxın görünür. Amma konkret hansı şirkət qərar verəcək, nə vaxt IPO-ya çıxacaq – bu, hələ dəqiqləşməyib.
16 May 2025
16 May 2025
14 May 2025