Mərkəzi Bankın 2025-2026-cı illər üçün CƏB-lə bağlı proqnozları müsbətdir

11:40 - 23.04.2025


23 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankda uçot dərəcəsinin parametrlərinin açıqlanmasına həsr edilmiş Mətbuat Konfransı keçirilib.

ABC.AZ xəbər verir ki, mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov cari əməliyyatlar balansına da toxunub.

O qeyd edib ki, cari əməliyyatlar balansı ilə bağlı Mərkəzi Bankın proqnozları 2025-2026-cı illər üçün  müsbətdir.

"Mərkəzi Bank 2025-ci il üzrə CƏB-in profisitini 4 milyard dollar, 2026-cı il üzrə isə 3,5 mlrd. dollar proqnozlaşdırıb" deyə o qeyd edib.

Müəllif: Elmir Murad