12:20 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına bu il 2,57 faiz bəndi, gələn il isə 1,74 faiz bəndi artırıcı təsir göstərə bilər.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Daxili amillərə toxunan T.Kazımov bildirib ki, inflyasiyaya dövlət və ev təsərrüfatlarının istehlakının bu il 1,5 faiz bəndi, gələn il isə 2 faiz bəndi artırıcı təsir göstərməsi gözlənilir.
Müəllif: Elmir Murad
19 May 2025
19 May 2025
19 May 2025