17:30 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Aprelin əvvəlində yapon investorları ümumilikdə 20 milyard dollar dəyərində xarici istiqrazlar dempinq ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.
Məqalədə qeyd edilib ki, özəl və pensiya fondları, banklar və digər maliyyə firmaları martın 31-dən aprelin 4-dək 17,5 milyard dollar, növbəti yeddi gündə isə daha 3,6 milyard dollarlıq istiqraz satıblar.
Səhmlərin ucuzlaşmasına Donald Trampın tarif siyasətinin səbəb olduğu birjanın çöküşü səbəb olub. Mütəxəssislər hesab edirlər ki, yapon investorları birjalardakı enişdən itkiləri minimuma endirmək və bununla da öz balanslarını dəstəkləmək üçün istiqraz satıblar. Bununla belə, bazarda dollar istiqrazlarının ümumi həcmini nəzərə alsaq, bu satış yalnız kiçik bir dalğalanmadır.
“Rəqəmlər təsir edici görünə bilər, lakin istiqraz bazarının ümumi ölçüsü baxımından bu, sudakı dalğalanmalara bənzəyir”, – “Financial Times” qəzeti “Moody’s Analytics”in analitiki Stefan Enqrikdən sitat gətirir.
16 May 2025
16 May 2025
14 May 2025