Mərkəzi Bank bu investisiya şirkətinə xəbərdarlıq etdi

15:35 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən “CFI Financial İnvestisiya Şirkəti” QSC-də aparılmış tematik yoxlama nəticəsində şirkətin “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl etmədiyi müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu səbəbdən Mərkəzi Bank tərəfindən investisiya şirkətinə rəsmi xəbərdarlıq edilib və aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstəriş təqdim olunub.