Pakistan səhmləri enir, Hindistan aktivləri hərbi zərbədən sonra sabitləşir

11:00 - 7.05.2025


7 may, Fineko/abc.az. Pakistanın fond bazarında kəskin eniş qeydə alınıb, Hindistanın aktivləri isə Kəşmirdəki son terror aktına cavab olaraq ölkələr arasında baş verən qarşılıqlı zərbələrdən sonra sabitləşib.

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, Karaçi birjasında KSE-30 indeksi 6,1% azalaraq 4 dekabrdan bəri ən aşağı səviyyəyə düşüb, lakin sonradan itkilərin əksəriyyətini kompensasiya edib. Hindistanın Nifty 50 indeksi artım və eniş arasında tərəddüd edib (ticarətin əvvəlində 0,7%-ə qədər enib). Rupi dollar qarşısında 0,4%-ə qədər dəyər itirib.

Hindistan, Birləşmiş Krallıqla azad ticarət sazişi imzaladıqdan dərhal sonra Pakistana hərbi zərbələr endirdiyini açıqlayıb ki, bu da eskalasiya fonunda Hindistan aktivlərini dəstəkləyib. Lakin analitiklər xəbərdarlıq edirlər ki, vəziyyətin daha da gərginləşməsi Hindistana xarici investisiyaların qayıdışına təhlükə yarada bilər.

Analitiklərin fikrincə, əgər gərginliyin daha da artmasının qarşısı alınarsa, regionun bazarları qısa müddətdə sabitləşə bilər.