17:29 - 14.05.2025
14 may, Fineko/abc.az. Son üç ildə Azərbaycana yatırımlarımız artıb, ötənilki investisiyaların 80%-i yaşıl iqtisadiyyata yönəlib.
ABC.AZ xəbər verir ki, bunu Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində çıxışı zamanı Bankın Azərbaycan üzrə rəhbəri Natali Muravidze deyib.
Muravidze bildirib ki, EBRD uzun illərdir Azərbaycanla tərəfdaşlıq edərək daha dayanıqlı, inklüziv və şaxələndirilmiş iqtisadiyyata keçid prosesinə dəstək verir. Bankın investisiyaları enerji, infrastruktur, maliyyə sektoru və kiçik və orta sahibkarlığın dəstəklənməsi kimi müxtəlif sahələri əhatə edir.
“İndiyə qədər Azərbaycanda təxminən 200 layihə üzrə 4 milyard dollardan çox investisiya həyata keçirmişik. Təkcə ötən il ölkəyə 200 milyon dollara yaxın sərmayə qoymuşuq ki, bunun da 80%-i yaşıl iqtisadiyyatla bağlı layihələrə yönəlib”, – deyə o vurğulayıb. (APA)
21 İyun 2025
19 İyun 2025