16:57 - 16.05.2025
16 may, Fineko/abc.az. Azərbaycan şirkətlərinin 16.5%-i vergi dərəcələrindən narazıdır".
ABC.AZ xəbər verir ki, Dünya Bankının 2024-cü il üzrə Biznes Mühiti Sorğusu (WBES) Azərbaycanda fəaliyyət göstərən 368 rəsmi şirkətin vergi sistemi ilə bağlı baxışlarını təhlil edib.
Nəticələrə əsasən, sorğu iştirakçılarının 16.5%-i vergi dərəcələrini öz fəaliyyətləri üçün ən böyük maneə kimi qeyd edib. Bu göstərici, şirkətlərin qarşılaşdığı bütün problemlər arasında ən yüksək göstəricidir və ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün əsas istiqamətlərdən birini müəyyən edir.
Şirkətlər hesab edir ki, real biznes dövriyyəsi ilə müqayisədə vergi öhdəlikləri nisbətən ağırdır. Xüsusilə kiçik və orta biznes sektoru üçün bu yük daha da hiss olunur.
21 İyun 2025
19 İyun 2025