17:12 - 16.05.2025
16 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dünya Bankının 2024-cü il üzrə Biznes Mühiti Sorğusu (WBES) Azərbaycanda fəaliyyət göstərən 368 rəsmi şirkətin vergi sistemi ilə bağlı baxışlarını təhlil edib. ABC.AZ sözügedən təhlilə istinadən xəbər verir ki, şirkətlər hesab edir ki, real biznes dövriyyəsi ilə müqayisədə vergi öhdəlikləri nisbətən ağırdır. "Xüsusilə kiçik və orta biznes sektoru üçün bu yük daha da hiss olunur.
Bir çox sahibkarlar vergi hesabatlarının hazırlanması və təqdimatı prosesinin çətin və vaxtaparan olduğunu bildirir. Bəzi hallarda qeyri-müəyyən vergi təfsilatları və tez-tez dəyişən qaydalar şirkətlərin planlamasını çətinləşdirir.
Bundan əlavə, elektron sistemə uyğunlaşmada çətinliklər var: “Vergilərin elektron şəkildə təqdimatı artıq geniş tətbiq edilsə də, bəzi bölgələrdə texniki və savad problemi bu prosesdə maneələr yaradır” - deyə, təhlildə qeyd edilir. (APA)
21 İyun 2025
19 İyun 2025