16:05 - 19.05.2025
19 may, Fineko/abc.az. 23 aprel tarixində Mərmərə dənizində baş verən zəlzələdən sonra İstanbulda daşınmaz əmlak bazarında tələbatın istiqaməti dəyişib.
Sakinlər indi daha təhlükəsiz, zəlzələ qırılma xətlərindən uzaq ərazilərə — Başakşehir, Eyüpsultan (xüsusilə Göktürk), Sarıyer, Beykoz və Çekmeköy kimi rayonlara üstünlük verirlər.
ABC.AZ xəbər verir ki, bu rayonlarda kirayə və satış üçün müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Eyni zamanda, Mərmərə bölgəsində yerləşən Sakarya və Bilecik kimi ərazilərdə torpaq sahələrinin alınmasına maraq artır. Mütəxəssislər alıcılara infrastrukturun yaxınlığını və tikinti ilə bağlı hüquqi məhdudiyyətləri nəzərə almağı tövsiyə edirlər.
İstanbulda orta aylıq kirayə haqqı 26 500 lirəyə (təxminən 682 ABŞ dolları) çatıb.
13 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
11 İyun 2025
11 İyun 2025
11 İyun 2025