Tikintidəki problemlərlə bağlı vahid qiymətləndirmə meyarlarına ehtiyac var - Zahid Oruc

16:29 - 19.05.2025


19 may, Fineko/abc.az. Azərbaycanda tikinti sektorunda yaranan problemlərin məhkəmə sisteminə yönəlmədən həll olunması üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 90-dan çox şirkət və qurum var ki, vətəndaşlar onların mənzil və torpaq sahələrinin dəyərinin müxtəlif meyarlarla ödənildiyini bildirirlər: “Amma ortaq bir qiymət tarifi yoxdur. Bu isə narazılıqlara səbəb olur. Bəzən isə özəlləşdirilməmiş və ya icazəsiz tikilmiş konstruksiyalar üçün vətəndaşlar yüksək kompensasiya tələb edirlər”.