16:43 - 19.05.2025
19 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri ilə və quruma üzv olan sahibkarlarla görüş keçirilib.
AZPROMO-dan ABC.AZ-a bildirilib ki, qurumun icraçı direktorunun müavini Tural Hacılı son dövrlərdə ölkəmizin yumurta ixracının artmasını və ixracın təşviqi çərçivəsində agentlik və İxracatçılar Klubu tərəfindən quş əti və yumurta ixracatçılarına dövlət qurumları ilə əlaqələndirmə işlərində göstərilən dəstəyin davam etdiriləcəyini diqqətə çatdırıb.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli hazırda ölkəmizdən süfrə yumurtasının 10-dək ölkəyə ixrac edildiyini və Azərbaycanın regionda lider süfrə yumurtası ixracatçısı olduğunu vurğulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) süfrə yumurtasının ixracı yüksək potensiala malikdir. Bu istiqamətdə ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyinin dəstəyi ilə bir sıra görüşlərin keçirildiyi və qarşı tərəfin tələblərinin asanlaşdırılmasında irəliləyişin əldə olunduğu bildirilib.
Tədbirdə, həmçinin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə ixrac prosesinin sadələşdirilməsi üzrə təkliflər dinlənilib, o cümlədən məhsulların ixrac üçün sertifikatlaşdırılması, fitosanitar nəzarət və yumurtanın xaricə tədarükü ilə bağlı digər məsələlərə dair sahibkarların sualları cavablandırılıb, görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
13 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
11 İyun 2025
11 İyun 2025
11 İyun 2025