Dörd ayda Azərbaycana 82 milyon 838 min dollarlıq smartfon idxal edilib

17:06 - 19.05.2025


19 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart  ayları ərzində Azərbaycana 82 milyon 838 min ABŞ dolları dəyərində 261 min 576 ədəd smartfon idxal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından  73 min 266 ədəd və ya 21,9%, dəyər baxımından isə  10 milyon 820 min ABŞ dolları və ya 11,6% azdır.

Belə ki, 2024-cü ilin ilk 3 ayı ərzində ölkəyə 93 milyon 658 min dollar dəyərində 334 min 348 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 538 manat təşkil edib.

Bu göstərici əvvəlki ilin müvafiq dövründə 476 manat idi. Bu da qiymətlərin illik müqayisə ilə 63 manat və ya 13,2% artması deməkdir.