Dörd ayda 16 sığorta şirkəti 588,466 milyon manat sığorta haqqı toplayıb

11:25 - 26.05.2025


26 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4% çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.