Paytaxtda muzdla işləyənlərin orta aylıq maaşı 1357.3 manata çatıb

11:28 - 30.05.2025


30 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı  1357.3 manat təşkil edib.

ABC.AZ Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir ki, Bakıda orta aylıq əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artıb.

2025-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1303.2 manat olub.