12:31 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
ABC.AZ xəbər verir ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.
Nəhayət gələn il – 1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.
Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.
17 İyul 2025
17 İyul 2025
17 İyul 2025
17 İyul 2025
15 İyul 2025
15 İyul 2025
15 İyul 2025