Azərbaycanda tikinti materiallarının təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb

16:17 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Azərbaycanda “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlamentlə həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə tikinti materiallarının uyğunluğunun qiymətləndirilməsinə dair tələblər, nişanlanma üsulları, forması və bununla bağlı öhdəliklər, eləcə də tikinti materialları ilə əlaqəli istehsal, saxlanma, daşınma və qablaşdırma proses və prosedurları da müəyyən edilir. (Report)