10:35 - 5.06.2025
5 iyun, Fineko/abc.az. “GlobalFoundries” yaxın illərdə ABŞ istehsalına 16 milyard dollar sərmayə qoymağı planlaşdırır. ABC.AZ xəbər verir ki, şirkət bu barədə iyunun 4-də məlumat verib.
“GlobalFoundries” Nyu-York və Vermontda mövcud zavodların genişləndirilməsinə 13 milyard dollar, bu sahədə tədqiqat və yeni texnologiyaların inkişafına daha 3 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Şirkət investisiya planlarını yarımkeçiricilər üçün əsas komponentlərin istehsalını ABŞ-yə köçürmək və süni intellekt çip istehsalının inkişafını sürətləndirməklə izah edib.
Bundan əvvəl “Apple”, “Qualcomm”, “General Motors” çox milyard dollarlıq sərmayələr açıqlamışdı. Aprelin sonunda IBM ABŞ-də istehsala 150 milyard dollar sərmayə qoyacağını vəd etmişdi.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025