Ən yüksək maaşı Xankəndidə işləyənlər alır - Siyahı

12:30 - 10.06.2025


10 iyun, Fineko/abc.az. 1 aprel 2025-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 1 084 manata çatıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dəfə orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Xankəndi olub. Belə ki, şəhərdə bu göstərici 1 486 manat təşkil edib. Bakı isə 1 357 manat göstərici ilə liderliyini əldən vermiş olub.

Lakin işğaldan azad olunmuş rayonları, Bakı, Sumqayıt və Abşeronu çıxsaq digər rayonlar içində ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 1 112 manatdır.

Gədəbəydə bu məbləğ 899 manat, Naxçıvan və Şirvan şəhərlərində isə 890 manatdır.

Kəngərli rayonunda verilən orta aylıq maaş 809 manat, Siyəzəndə 804 manat, Şahbuzda 785 manat, Qəbələdə 773 manata bərabərdir.

Salyan üzrə orta aylıq maaş 768 manat, Qazax üzrə 762 manat, Gəncə üzrə 756 manat, Culfa üzrə 742 manat təşkil edib.

Bununla belə işğaldan azad edilmiş bəzi rayonlarda da bu məbləğ kifayət qədər yüksək olub və əksər rayonları qabaqlayıblar. Nümunə üçün Ağdərə rayonu üzrə 1 054 Xocalıda 1 017, Zəngilanda 985, Şuşada isə 942 manata bərabər olub.