İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib

16:38 - 10.06.2025


10 iyun, Fineko/abc.az. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə Qurban bayramı günlərində – iyunun 6-9-da ümumilikdə 54 675 nəfər səyahət edib.

ADY-dən ABC.AZ-a daxil olan məlumata görə, ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: “Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib".