Open AI xidmətləri qlobal nasazlıqla üzləşib

17:15 - 10.06.2025


10 iyun, Fineko/abc.az. İyunun 10-da ChatGPT, Sora və Openal API qlobal nasazlıqla üzləşib. Servislərdəki problemlər bir neçə saatdır ki, bütün dünyada müşahidə olunur.

“Bəzi istifadəçilər sadalanan xidmətlərin işində artan xətalar və gecikmələrlə qarşılaşırlar. Problemi araşdırmağa davam edirik”, — məlumatda deyilir.

ABC.AZ xəbər verir ki, OpenAI-in yeganə davamlı xidməti AI modelləri ilə təcrübələr üçün platforma olan Playgrounddur. ChatGPT istifadəçiləri sorğu göndərməyə çalışarkən həm brauzer versiyasında, həm də mobil tətbiqdə xəta mesajı görürlər.

DownDetector saytının məlumatları istifadəçilərdən yüzlərlə şikayət göstərir. Onların 93%-i ChatGPT-nin işinə aiddir.

Bu, Open AI məhsullarının işində ilk miqyaslı nasazlıq deyil. Analoji hadisə mayın 19-da qeydə alınmışdı.

Xatırladaq ki, 26 dekabr 2024-cü ildə ChatGPT, Sora və API OpenAI 4 saatlıq sıradan çıxmışdı.