ABŞ və Çin nadir torpaq metalları ilə bağlı razılığa gəldi – rüsumlar azaldılıb

11:47 - 11.06.2025


11 iyun, Fineko/abc.az. ABŞ və Çin nadir torpaq metalları üzrə ixrac məhdudiyyətlərinin aradan qaldırılması və qarşılıqlı rüsumların azaldılması barədə ilkin razılığa gəlib: ABŞ – 145%-dən 30%-ə, Çin – 125%-dən 10%-ə endirib.

ABC.AZ xəbər verir ki, həmçinin ABŞ-ın mikroçiplər, proqram təminatı və AES avadanlıqlarının ixracına tətbiq olunan bəzi məhdudiyyətlər də qismən ləğv olunub.

Razılaşma Londonda aparılan danışıqların nəticəsi olaraq, Cenevrədə əldə edilmiş müvəqqəti razılaşmanın davamı kimi qəbul edilir. Sənədin Donald Tramp və Si Cinpin tərəfindən 10 avqusta qədər imzalanması gözlənilir.

İrəliləyişə baxmayaraq, Tayvan, fentanil və iqtisadi siyasət məsələlərində fikir ayrılıqları qalmaqdadır. Çin ABŞ-ın tarif siyasətini iqtisadi təzyiq kimi qiymətləndirir, ABŞ isə nadir torpaq metalları ixracını Pekinin təzyiq aləti hesab edir.