Çində elektromobil bazarında qiymət müharibəsi güclənir

12:05 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Çinin elektromobil bazarı sərt qiymət rəqabəti səbəbindən "aşağıya doğru yarış" ərəfəsindədir.

ABC.AZ xəbər verir ki, BYD də daxil olmaqla aparıcı istehsalçıların kütləvi endirimləri bir çox satıcını keçən il zərərlə işləməyə məcbur edib.

May ayında BYD-nin qiymət azalmasından sonra vəziyyət daha da pisləşdi. Belə ki, bəzi modellər üçdə bir qədərində ucuzlaşdı, “Seagull” isə hazırda $10,700 əvəzinə $7,000 dəyərindədir. “Great Wall Motor”un sədri baş verənləri daşınmaz əmlak böhranı ilə müqayisə edib və “Evergrande” şirkətinin ssenarisinin təkrarlanmasının riskləri barədə xəbərdarlıq edib.