14:16 - 11.06.2025
11 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğın maliyyələşməsini təmin etməlidir.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
10 İyul 2025
11 İyul 2025
11 İyul 2025