15:32 - 11.06.2025
11 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda vergi orqanlarına 32 985 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 94,2 %-i ərizə, 5,7 %-i şikayət, 0,1 %-i təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb.
Daxil olmuş müraciətlərdən 65,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 %-i isə hazırda icradadır.
Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 %-i həll olunub, 33,1 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 150 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
10 İyul 2025
10 İyul 2025
11 İyul 2025