10:39 - 12.06.2025
12 iyun, Fineko/abc.az. Dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan “L’Oreal SA” Amerikanın “Nvidia” Corp.” şirkəti ilə əməkdaşlıq çərçivəsində süni intellekt layihələrini genişləndirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Sözügedən yazıda qeyd edilib ki, “L’Oreal” və onun ekosistemi müəssisələr üçün “Nvidia”nın süni intellekt platformasından istifadə edəcək, şirkətin baş marketinq direktoru Asmita Dubey bildirib.
Platforma fransız şirkətinə süni intellekt tətbiqlərini idarə etməyə, onların sürətini, təhlükəsizliyini və dəqiqliyini təkmilləşdirməyə kömək edəcək bir sıra mikroservisləri birləşdirir. İlkin mərhələdə bu mikroservislər “L’Oreal”ın yeni məhsul tövsiyə sistemi və generativ süni intellektdən istifadə etməklə məzmun yaratmaq platformasının bir hissəsi kimi istifadə olunacaq. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.
9 İyul 2025
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025