Ağdamda istehsal olunan ayaqqabıların Qazaxıstana ixracı başlayıb

15:13 - 12.06.2025


12 iyun, Fineko/abc.az. Ağdam rayonunda istehsal olunan ayaqqabılar ilk dəfə Qazaxıstana ixrac edilib.

ABC.AZ xəbr verir ki, bu barədə jurnalistlərə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı məlumat verilib.

Bu gün “Bafco İnvest” MMC tərəfindən istehsal olunan 5 min cüt xüsusi qoruyucu və poliuretan çəkmələr Qazaxıstana göndərilib.

Qeyd olunub ki, “Bafco İnvest” MMC-nin illik istehsal gücü 510 min cüt ayaqqabıdır. Şirkətdə 67 nəfər daimi işlə təmin edilib.

Bildirilib ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb.