15:20 - 12.06.2025
12 iyun, Fineko/abc.az. “Fitch Ratings” Agentliyi qlobal neft-qaz sektorunun proqnozunu "neytral"dan "pisləşən" qiymətə dəyişib.
ABC.AZ xəbər verir ki, bu barədə agentliyin press-relizində deyilir.
Səbəb zəif iqtisadi perspektivlər və ABŞ-ın yeni tarifləri səbəbindən neftə tələbatın yavaşlaması, həmçinin OPEC+ hasilatının sürətlə artması olub. Brent-in 2025-ci il üçün proqnozu barel başına 70 dollardan 65 dollara endirilib. Gözlənilir ki, neftə tələbat sutkada cəmi 800 min barel artacaq, bazar isə həddən artıq təmin olunmuş olaraq qalacaq.
7 İyul 2025
7 İyul 2025