15:32 - 12.06.2025
12 iyun, Fineko/abc.az. “Smart Brain Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2903557611) nizamnamə kapitalının kəskin şəkildə azaldılması barədə məlumat yayıb.
ABC.AZ xəbər verir ki, cəmiyyətin qərarına əsasən, şirkətin nizamnamə kapitalı 37 668.00 manatdan 3 768 manata endirilmişdir. Bu dəyişiklik nəticəsində nizamnamə kapitalı 10 dəfə azalmış, ümumi azalma məbləği isə 33 900 manat (ümumi kapitalın 90%-i) təşkil edib.
Bu qərarla əlaqədar olaraq, kreditorlar elanın dərc edildiyi gündən etibarən 1 ay müddətində öz tələblərini aşağıda göstərilən ünvana yazılı şəkildə təqdim edə bilərlər.
Tələblərin qəbulu üçün ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025