İran və Rusiya səkkiz yeni Atom Elektrik Stansiyası tikəcək

15:59 - 12.06.2025


12 iyun, Fineko/abc.az. İran Rusiyanın dəstəyi ilə səkkiz yeni Atom Elektrik Stansiyası tikəcək, onlardan dördü hazırkı Atom Elektrik Stansiyasının bazasında Buşerdə inşa ediləcək.

ABC.AZ xəbər verir ki, müqavilə artıq imzalanıb. 2 və 3 enerji blokları İran şirkətləri tərəfindən tikilir. Buşer AES-in ilk mərhələsi 2011-ci ildə başlamış və 2013-cü ildə tamamilə İrana təhvil verilmişdir.