17:23 - 12.06.2025
12 iyun Fineko/abc.az. Azərbaycan Elektron Hökumətin İnkişafı İndeksi üzrə onlayn xidmətlər sahəsində bir çox inkişaf etməkdə olan ölkələrdən öndədir.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, hazırda rəqəmsallaşma sahəsində reytinqlərin artırılması məqsədilə təkcə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi deyil, həm də bütün hökumət orqanları çox sıx işləyir.
"Biz qlobal reytinqləri artırmaq üçün ən yaxşı tədbirləri görməyə çalışırıq. Əvvəlki illərdən başlayaraq, biz nəhəng artıma nail olduq. Onlardan əsası keçən il elan edilmiş Elektron Hökumətin İnkişafı İndeksidir və Azərbaycan 9 mövqe yüksəlib və bu gün 74-cü yerdədir. İnanırıq ki, gələn il biz bu göstəricini artıracağıq. Bunun daxilində onlayn xidmətlər indeksi var. Onlayn xidmətlər indeksi üzrə biz indi 27-ci yerdəyik və bir çox inkişaf etməkdə olan ölkələrdən öndəyik. Biz bu siyahıda çox yüksək inkişaf etmiş qabaqcıl ölkələrin reytinqindəyik", - deyə bildirib.
O qeyd edib ki, hazırda dünyada rəqəmsal transformasiya çox sürətlə getdiyi üçün kibertəhlükəsizlik sahəsi də mühüm əhəmiyyət kəsb edir.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025