09:43 - 13.06.2025
13 iyun, Fineko/abc.az. İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra cümə günü keçirilən hərracda etalon markaların qiyməti inamla yüksəlir.
Brent markalı neftin avqust fyuçersləri ICE Futures birjasında saat 09:18-də $5,66 (8,16%) artaraq bir barel üçün $75,02-a yüksəlib. İyunun 12-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $0,41 (0,59%) azalaraq bir barelə $69,36-a enib.
Saat 09:18-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti $5,82 (8,55%) artaraq bir barel üçün $73,86-a yüksəlib. İyunun 12–də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $0,11 (0,16%) ucuzlaşaraq bir barel üçün $68,04-a düşüb.
Cümə gecəsi İsrail beş dalğada İrana hücum etdi, yüzlərlə hava hücumu edildi.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına qarşı "Üsyan edən şir" əməliyyatının başladığını elan edib. İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrail Katz bu hərəkətləri "qabaqlayıcı zərbə" adlandırıb və həmvətənlərinə Tehranın mümkün cavab hücumu təhlükəsi barədə xəbərdarlıq edib.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
10 İyul 2025
10 İyul 2025