10:26 - 13.06.2025
13 iyun, Fineko/abc.az. Tikinti şirkəti “Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin xalis mənfəəti 2024-cü ildə 1 milyon 230.7 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 5.4% azalmadır.
ABC.AZ xəbər verir ki şirkət 2023-cü ildə 1 milyon 301.6 min manat. Əsas əməliyyat mənfəəti 1.53 milyon manat olub – bu göstərici illik 16.4% artım deməkdir.
2024-cü ildə aktivləri əvvəlki illə müqayisədə 3.5 dəfə artaraq 22.49 milyon manata yüksəlib. Artım əsasən uzunmüddətli aktivlərdəki sıçrayışla bağlıdır – 18.7 milyon manat.
Eyni zamanda qısamüddətli borclar 3.04 milyon manata düşərək 64.3% azalıb, uzunmüddətli öhdəliklər isə 5.27 milyon manat səviyyəsində formalaşıb. Cəmi kapitalda 0.2% azalma qeydə alınıb – 14.18 milyon manata düşüb.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025