İsrailin İrana hücumundan sonra neft qiymətləri kəskin bahalaşıb

10:36 - 13.06.2025


13 iyun, Fineko/abc.az. İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarlarını sarsıdıb.

ABC.AZ xəbər verir ki, qlobal bazarlarda neft qiymətləri son 5 ayın ən yüksək həddinə qalxıb.

Belə ki, “Brent” markalı neftin fyuçersləri 6,29 dollar (9,07%) artaraq 75,65 dollar/barelə çatıb.

Gün ərzində 78,50 dollara qədər yüksələn qiymətlər yanvarın 27-dən bu yana qeydə alınan ən yüksək qiymət olub.

ABŞ tipli WTI markalı xam neftin bir barreli 6,43 dollar (9,45%) artaraq 74,47 dollar olub.