İki qurum 1.2 milyon manatlıq müqavilə imzaladı

11:51 - 13.06.2025


13 iyun, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə yeni bir razılaşma əldə edib.

ABC.AZ xəbər verir ki, imzalanmış müqavilə dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə götürülməsinə dairdir.

Müqavilənin ümumi məbləği isə 1 208 949 AZN təşkil edir.