14:36 - 13.06.2025
13 iyun, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb.
ABC.AZ xəbər verir ki, sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 31,0 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.
18 İyul 2025
18 İyul 2025
16 İyul 2025
16 İyul 2025
16 İyul 2025
16 İyul 2025