"Milk Pro" MMC ləğv olunduğunu elan edib

16:07 - 13.06.2025


13 iyun, Fineko/abc.az. Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Milk-Pro" 2004-cü ildə yaradılıb. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20 % paya malik olub. Kommersiya qurumu dəfələrlə vergi hesabatını və yaxud onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona qarşı maliyyə sanksiyası tətbiq edilib.