Dövlət agentliyi auditor axtarır

14:14 - 18.06.2025


18 iyun, Fineko/abc.az. Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 155 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyulun 10-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.