14:58 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Məhdud tədarük fonunda tələbin artması ilə əlaqədar platinin qiyməti 10 ilin ən yüksək səviyyəsinə çatıb.
ABC.AZ xəbər verir ki, spot qiymətlər 2%-dən çox artaraq bir unsiya üçün 1350.17 dollara çatıb ki, bu da 2014-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, ilin əvvəlindən platinin qiyməti 45% artıb. Yaxın Şərqdə artan gərginlik səbəbindən investorlar “sığınacaq” aktiv kimi digər qiymətli metallarla yanaşı, platinin alışını artırıblar.
“Goldman Sachs”ın proqnozuna görə, yaxın zamanda qiymətlər 800-1150 dollar/unsiya diapazona geri dönəcək.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025