Səhiyyə Nazirliyi Abşeronun bir sıra çimərliklərində çirklənmə aşkar edib

15:42 - 19.06.2025


19 iyun, Fineko/abc.az. Azərbaycan Səhiyyə Nazirliyi Bakı, Sumqayıt, Mingəçevir və digər rayonlarda çimərliklərin sanitar vəziyyətinin monitorinqini aparıb. 

ABC.AZ xəbər verir ki, tədqiqatlar ekoloqlarla birlikdə aparılmışdır və dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərini əhatə etmişdir.

Bakterioloji çirklənmə normasının aşılması Hövsan, Türkan, Şıx, Sahil çimərliklərində, həmçinin Niyazoba (Xaçmaz), Aşağı Nüvədi (Lənkəran) və Sutamurdov yaşayış məntəqələrində qeydə alınıb.