16:59 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 45,1 milyon ABŞ dolları azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,6 dəfə azdır.
Rüblük azalma ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 519 milyon ABŞ dolları artması (0,7% çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 milyard 758,6 milyon ABŞ dolları azalması (5,8% az), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (1,4% az), portfel investisiyalarının 4,7 milyon ABŞ dolları azalması (191,2 dəfə az), digər investisiyaların isə 251 milyon ABŞ dolları azalması (5 dəfə az) hesabına təmin edilib.
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025