Məlumatların sızması: Milyardlarla istifadəçi adı və şifrələr açıq mənbələrdə yayıldı

10:07 - 20.06.2025


20 iyun, Fineko/abc.az. “Cybernews” şirkətinin mütəxəssisləri məlumat sızmasını aşkarlayıblar. Belə ki, təxminən 16 milyard istifadəçi adı və şifrəsi açıq mənbədə yayılıb.

ABC.AZ xəbər verir ki, bu barədə 19 iyun tarixində Forbes jurnalı məlumat verib.

“Tədqiqatçılar, şübhəsiz ki, indiyə qədər ən iri məlumat pozuntusunun olmasını təsdiqləyiblər: təxminən 16 milyard hesab məlumatları yayılıb”, — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, sızmış arxiv Apple, Google, Facebook, Telegram messenceri, VPN xidmətləri və dövlət platformalarının hesabları üçün məlumatlardan ibarətdir.