10:58 - 20.06.2025
20 iyun, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin avqust fyuçersi ICE Futures birjasında saat 10:45-ə olan məlumata görə, $2,18 (2,76%) azalaraq bir barelə $76,6-a düşüb. İyunun 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $2,15 (2,80%) artaraq bir barelə $78,85-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçersləri saat 10:45-ə olan məlumata görə, $0,38 (0,51%), bir barelə $73,50-a düşüb. ABŞ-da tətil olduğuna görə, ötən gün WTI ticarəti keçirilməmişdi.
7 İyul 2025
7 İyul 2025