11:52 - 20.06.2025
20 iyun, Fineko/abc.az. Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 mlrd. kubmetrə çatıb.
Bu barədə ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.
Bildirilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.
14 İyul 2025
14 İyul 2025